Yeni turnir əski nəticə

16.07.2012
Makedoniyanın Struqa şəhərində keçirilən Kiçik Ölkələr arasında Avropa Çempionatı başa catdı.
Milli yığmamız yekun görüşləri Qibraltar (76:77 /23-25, 22-13, 10-14, 21-25/) və Moldova (68:45 /22-15, 10-11, 26-10, 10-9/) yığmaları ilə keçirdi. Qarşılaşmadan qarşılaşmaya daha da səmərəli oyun nümayış etdirən yığmamız təəssüf ki, Gibraltara cəmi bir xal fərqi ilə uduzdu.
Yekunda beşınci yer uğrunda mübarizə etmək imkanından kənar qalan qızlarımız turnirin son görüşündə Moldova üzərində ikinci qələbəni əldə edərək yedddinci yeri tutdular.
I yer - Avstriya
II yer - Makediniya
III yer - Malta
IV yer - Şotlandiya
V yer - Qibraltar
VI yer - Uels
VII yer - Azərbaycan
VIII yer - Moldova

