İlk qələbə birinci yüzlük

 01.10.2015 - 09:56    458
  • 01 Okt 2015
  • 09:56
  •  458

15.08.2012

Avropa çempionatın təsnifat mərhələsində Azərbaycan milli yığması ilk oyununu Lüksemburqda keçirdi. Millimiz oyunun əvvəlindən təşəbbüsü ələ alaraq rəqibə aman vermədi.

Birinci hissədə Zaur Paşayevin, Orhan Aydının və Rasim Başakın 3 xallıq atışları Lüksemburq yığmasını nokauta saldı 31:17. Daha sonra yığmamız qalan üç hissədə bu üstünlüyü qoruyaraq 28:24, 27:25, 15:12 oyunu uğurla başa vurdu 101 - 78. Hesab Azərbaycan millisinin xeyrinə daha böyük ola bilərdi. Amma təcrübəli məşqçi Elxan Əliyev dördüncü hissəsinin axırında ehtiyatda olan heyəti oynatdı. Bu qedişlə baş məşqçimiz yığmanın əsas heyətinə bir qədər istirahət verdi.

Ölkəmizin basketbolsevərlərini təsnifat mərhələsindəki əldə etdiyimiz ilk parlaq qələbə münasibətilə təbrik edirik!

Qrupdakı əsas rəqiblərimizdən biri olan Bolqarıstan yığması İsveçi 78 - 73 hesabı ilə məğlub etdi. Bu səbəbdən avqustun 18-də millimizi "Sərhədçi" Olimpiya Mərkəzində Bolqarıstan yığması ilə çətin sınaq gözləyir.

Ümid edirik ki, ikinci oyunda Azərbaycan Bolqarıstanı məğlubiyyətə düçar edərək İsveçə yeni zəfər qazanmaq üçün yollanacaq.

luks1

luks

BEYNƏLXALQ YARIŞLAR