Möhtəşəm qələbə!

 01.10.2015 - 10:01    462
  • 01 Okt 2015
  • 10:01
  •  462

19.08.2012

Avqustun 18-də Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan "Sərhədçi" Olimpiya İdman Mərkəzində Bolqarıstan yığması ilə qarşılaşdı.

3 gün önçə İsveçi məğlub edən bolqarlar Bakıya sanki rahat gəzinti üçün qəlmişdilər. Onlar Azərbaycanı məğlub edəcəklərinə çox əmin idilər. Amma, Elxan Əliyevin yetirmələri oyunun əvvəlindən bolqarların təkkəbürünü məhv etdilər. Orhan Aydının, Zaur Paşayevin, Fuad Niftəliyevin, Rasim Başakın və ən nahayət istedadlı legionerimiz Çak Devisin (hal-hazırda o, 50 xalla seçmə mərhələnin 3 ən məhsuldar bombardiri sırasına daxıldir) inamlı oyunu bolqarları elə birinci hissədə "ippon" vəziyyətinə saldı.

Onlar bizim oyunçuların sərrast üç xallıq atışların qarşısında aciz qalmışdılar. Üçüncü hissənin sonunda hesab fərqi bizim xeyrimizə (76 - 52) 24 xala yüksəldi. Bolqarların dördüncü hissədə çox saylı cəhdlərinə baxmayaraq oyunun Azərbaycan üçün zəfərli gedişi dəyişmədi. Ümumi fiziki yorğunluğa baxmayaraq uşaqlarımız baş məşqçi Elxan Əliyevin taktiki planına uyğun oyunu parlaq qələbə ilə başa çatdırdılar.

Qarşıda bizi (21.08.2012) əzəli rəqibimiz İsveçlə çox çətin və son dərəcədə önəmli oyun qözləyir. Ümid edirik ki, yığmamız bu dəfə İsveç səddini nəhayətki aşacaq.

bul2

bul3

bul4

bul5

bul6

bul7

BEYNƏLXALQ YARIŞLAR