Elxan Əliyevin strateji qələbəsi

 01.10.2015 - 10:05    509
  • 01 Okt 2015
  • 10:05
  •  509

22.08.2012

Avqustun 21-də yığmamız İsveçin Boras şəhərində Avrobasketin seçmə mərhələsinin üçüncü oyununda əzəli rəqibimiz "Tre Kronor"la qarşılaşdı.

Bu prinsipial qarşılaşmada "Real Madrid"dən olan amerikalı legionerimiz Ceysi Kerol ilk dəfə öz gücünü sınadı. Elə ilk hissədə yığmamız isveçlilərin asan qələbəyə yönələn ümidlərini puç etdi. Birinci hissə Azərbaycan yığmasının tam üstünlüyü ilə keçərək 25-15 hesabıyla millimizin xeyrinə bitdi. Təəsüf ki, sonrakı hissələrdə E.Əliyevin yetirmələri bu samballı üstünlüyü qoruyub saxlaya bilmədilər. Amma, dördüncü hissənin axırına kimi Azərbaycan yığması İsveçə layıqli müqavimət göstərdi. Millimiz oyun ərzidə bir neçə dəfə önə çıxaraq dördüncü hissədə hesab fərqini bir xala endirdi (65:66). Bu amil oyunun tam bərabər səviyyədə keçməsini təsdiqləyir.

İsveçlilərin baş məşqçisi Bred Din Azərbaycan yığmasını çox çətin mübarizədə məğlub etməsini etiraf etdi: " Oyunun əvvəlində biz çox zəif basketbol sərgilədik. Daha sonra qarşılaşmanın qedişində dəyişikliyə nail olaraq bütün gücümüzlə Ceysi Kerolun qarşısını almağa çalışdıq. Buna baxmıyaraq o, 27 xal toplayaraq Avropanın ən yaxşı basketbolçusu olduqunu təsdiqlədi". Keroldan başqa Rasim Başak (24 xal), Orhan Aydın (11 xal) və Aleksandr Rındin (11 xal) bu prinsipial qarşılaşmada əzmkar oyun sərgilədilər.

Əfsuslar olsun ki, Bolqarıstanla oyundan sonra Fuad Niftaliyev və Zaur Paşayev tam bərpa ola bilməyərək Borasda öz sözlərini deyə bilmədilər. Son nəticədə baş məşqçi E.Əliyev İsveçə Azərbaycan yığmasının gücünü göstərərək seçmə mərhələdə gələcək qələbələr üçün tutarlı zəmin yaradtı.

Ümid edirik ki, avqustun 27-də Bakıda keçirilən son dərəcə prinsipial Azərbaycan - Almaniya qarşılaşmasında biz bu strateji qələbənin bəhrəsini görə biləcəyik.

aze-swe

BEYNƏLXALQ YARIŞLAR