Geriyə yol yoxdur!

 01.10.2015 - 10:10    601
  • 01 Okt 2015
  • 10:10
  •  601

28.08.2012

Avqustun 27-də yığmamız Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya millisi ilə qarşılaşdı. Adlı-sanlı rəqibin təzyiqinə baxmayaraq oyun Azərbaycan üçün heç də pis başlamadı.

Birinci hissə 15:17 hesabıyla bitdi. İkinci hissədə almanlar bizimkilərin səbət altında zəif oynamasından bəhrələnərək hesab fərqini 9 xala çatdırdılar (34:43). Üçüncü hissədə tam bərabər döyüş getdi. Fuad Niftəliyevin, Zaur Paşayevin və xüsusən Çak Devisin aktiv oyun sərgiləməsi almanların önə çıxmasına imkan vermədi (16:16). Amma, ümumi hesabda Azərbaycan 9 xal geridə qaldı (50:59). Həlledici dördüncü hissədə müdafiədə bir sıra səhvimiz və Luka Ştayqerin sərrast üçxallıq atışları oyunun taleyini həll etdi (68:85). Buna baxmayaraq Azərbaycan yığması keçmiş Avropa çempionu olan (1993-cü il) Almaniya millisinə qarşı çox yaxşı oyun sərgilədi. Hal-hazırda turnir cədvəlində Azərbaycan Almaniyadan sonra Bolqarıstan və İsveç yiğması ilə bərabər 6 xala 2-4-cü yerləri bölüşdürür.

Qarşıda ikinci dövrənin 4 oyunu var. Təbii ki, Sloveniyada keçiriləcək Avropa Çempionatının finalına adlamaq üçün biz hər iki ev oyununda (Lüksemburq və İsveç yığmaları ilə) qalib qəlməliyik. Ən vacibi isə Bolqarıstanı öz meydançalarında məğlub etməyimizdir.

Baş məşqçi E.Əliyev bu çətin işin öhdəsindən qələ bilsə, Almaniyadakı sonuncu qarşılaşmanın nəticəsindən asılı olmayaraq Azərbaycan təsnifat mərhələsini uğurla başa vuracaq. Daha doğrusu biz Azərbaycanda basketbolun gələcəyi naminə bu tarixi şansı əldən verməməliyik. Geriyə yol yoxdur!

ger1

ger2

ger3

BEYNƏLXALQ YARIŞLAR