Finala çıxmaq uğrunda mübarizə yeni vüsət alır

 01.10.2015 - 10:18    604
  • 01 Okt 2015
  • 10:18
  •  604

31.08.2012

Avqustun 30-da Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində yığmamız "B" qrupunun autsayderi olan Lüksemburq yığmasını qəbul edirdi.

Oyunun başlanqıcı basketbolçularımız üçün heç də uğurlu olmadı. F.Niftəliyevin, C.Kerrolun, R.Başakın üç xallıq atışları hədəfə çatmırdı. Buna baxmayaraq A.Rındinin və O.Aydının səbət altında fəallığı rəqibə üstünlük əldə etməyə imkan vermədi. Bu gedişlə yığmamız tədricən təşəbbüsü ələ aldı.

Böyük fasiləyə komandamız 10 xal (46:36) fərqi ilə ayrıldı. Üçüncü və xüsusən dördüncü hissədə F.Niftəliyev və C.Kerrol daha məhsuldar oyun nümayış etdirdilər. Bu amil qarşılaşmanı taleyini həll etdi (95:77). Şüphəsiz Lüksemburqla oyunun gəhrəmanı Orhan Aydındır. O, qazandığı 25 xal və 21 rebaundla Avrobasketin rebaundlara görə lider olduğunu bir daha təsdiqlədi. Onu da qeyd etmək istərdik ki, hal-hazırda Azərbaycan qrupda 8 xalla Almaniya və İsveç yığması ilə bərabər 1-3 yerləri bölüşdürür.

Nəzərə alsaq ki, Almaniya bizdən bir oyun az keçirib, o zaman sentyabrın 2-də Bolqarıstanla Samokov şəhərində keçiriləcək qarşılaşmanın önəmi finala adlamaq üçün son dərəcə böyükdür.

luxe6

luxe1

luxe7

luxe2

luxe6

luxe5

BEYNƏLXALQ YARIŞLAR