Lüksemburqdan buraxdığımızı Bolqarıstana atdıq

 01.10.2015 - 10:21    498
  • 01 Okt 2015
  • 10:21
  •  498

03.09.2012

Sentyabırın 2-də Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində yığmamız Bolqarıstanın Samokov şəhərində bolqarlarla qarşılaşdı.

Oyun qarşılıqlı hücum şəraitində başlasa da millimiz başlanğıcda çoxlu top itkilərinə yol verdi. Bu səbəbdən bolqarlar birinci hissəni 13 xal fərqi ilə öz xeyirlərinə bitirdilər (26:13). İkinci hissədə E.Əliyevin yetirmələri təşəbbüsü ələ alaraq hesabı minimuma endirdilər (37:31). Təəssüf ki, basketbolçularımız ikinci hissədə bolqarların çaşqınlığından tam istifadə etmədilər. Daha doğrusu hissənin axırında bizim bir neçə hücumumuz nəticəsiz qaldı. Buna baxmayaraq bizimkilər ikinci hissədə bolqarlara 7 xal fərqi ilə qalib gəldilər (11:18).

Qarşılaşmanın ikinci yarısında baş məşqçi E.Əliyev oyunda köklü dönüşə nail olmaq istəsə də hakimlərin bəzi epizodlarda qeyri-obyektivliyi oyuna mənfi təsir göstərdi. Hər halda rəqib meydan amili və hakimlərin Azərbaycan yığmasına qərəzli yanaşması tərəzinin mizanını bolqarlar tərəfə əydi (77:94).

Sentyabırın 5-də yığmamız İsveç millisi ilə görüşəcək. Ona görə məğlubiyyəti unudaraq bu həlledici qarşılaşmaya var gücümüzlə toparlanmalıyıq.

BEYNƏLXALQ YARIŞLAR