İsveç səddini keçdik, qaldi Alman qalası

 01.10.2015 - 10:26    476
  • 01 Okt 2015
  • 10:26
  •  476

06.09.2012

Sentyabırın 5-de millimiz Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində axırıncı ev oyununda İsveçlə qarşılaşdı.

Bu son iki ildə isveçlilərlə dördüncü oyunumuz idi. Təəsüf ki, əvvəlki üç oyunu yığmamız müxtəlif səbəblərə görə uduzmuşdu. Elə ona görə bizə yalnız qələbə lazım idi. Oyun qarşılıqlı hücumlar şəraitində başlasa da komandamız birinci hissəni 6 xal fərqi ilə (25:19) apardı. İkinci hissədə isveçlilər oyunda dönüş yaratmağa çox yaxın idilər. Amma, hissənin sonunda Zaur Paşayevin 2 xallıq atışı skandinavları irəli çıxmağa qoymadı və komandalar böyük fasiləyə 40:39 hesabıyla ayrıldılar. Üçünçü hissədə olduqca gərgin mübarizə getdi. NBA ulduzu Yonas Jerebko və Zair əsilli Tomas Massamba Azərbaycan müdafiəsini daim gərginlikdə saxlayırdılar. Buna qarşı Orhan Aydının, Rasim Başakın, Zaur Paşayevin və Fuad Niftəliyevin əzmkar oyunu isveçliləri önə çıxmağa qoymadı və üçüncü hissə 1 xal üstünlüyü ilə bizim xeyrimizə bitdi (20:19). Həlledici dördüncü hissəni AvroBasketin əvvəlki 6 oyunundan fərqli olaraq basketbolçularımız çox yüksək səviyyədə keçirdilər. Sanki oyunçularımızın ikinci nəfəsi açılmışdı. Hissənin ortasında Orhan Aydının həm müdafiədə, həm də hücumda gözəl oyun nümayiş etdirməsi hesab arasında fərqi 10 xala çatdırdı (76:66).

İsveçlilər darmadağın olaraq çox böyük hesabla uduzmaq ərəfəsindəydilər. Əfsuslar olsun ki, biz bu üstünlüyü artıra bilmədik. Daha doğrusu İsrail hakimi Ömer Esteronun Çak Devisə qarşı haqsız fitinə komandamızın emosional reaksiya verməsi yığmamıza texniki fol bahasına başa qəldi. Bu da skandinavları psixoloji cəhətdən "sındırmağa" mane oldu. Nəticədə oyun 82 - 76 hesabıyla Azərbaycan millisinin xeyrinə bitdi.

Bu böyük uğurla komandamızı, baş məşqçi Elxan Əliyevi və ümumiyyətlə ölkəmizin bütün basketbolsevərlərini ürəkdən təbrik edirik!

Bu qələbədən sonra millimizin bombardiri Orhan Aydın AvroBasketdə yarışan 31 komandanın oyunçuları arasında rebaundlara görə birinci yerdədir.

Qarşıda bizi sentyabırın 11-də Oldenburqda Almaniya ilə çox çətin və prinsipial oyun gözləyir. Alman qalasını ala bilsək 2013-cü ildə Sloveniyada keçiriləcək Avropa Çempionatına vəsiqəni əldə etmiş oluruq.

Turnir cədvəli:

Almaniya - 6 oyun (6/0) - 12 xal

Azərbaycan - 7 oyun (4/3) - 11 xal

Bolqarıstan - 7 oyun (3/4) - 10 xal

İsveç - 6 oyun (3/3) - 9 xal

Lüksemburq - 6 oyun (0/6) - 6 xal

sweden1

sweden5

sweden2

sweden4

swede3

sweden3

BEYNƏLXALQ YARIŞLAR