Orxan Aydın yenə fərqləndi

26.09.2012
FİBA Avropa saytının verdiyi məlumata görə sentyabrın 25-də Avropa kuboku yarışlarının çərçivəsində Türkiyənin "Aliağa Petkim" klubu Finləndiyanın "Jonsun Kataja" komandasıyla qarşılaşdı.
Çox gərgin mübarizə şəraitində keçən oyunda meydan sahibləri 82-70 hesabıyla "Aliağa Petkimə" qalib gəliblər. Bu oyunda Azərbaycan milli yığmasının üzvü Orxan Aydın 26 xal və 12 rebaundla ən yaxşı nəticə göstərib (statistika). Bunu FİBA Avropa saytı xüsusi vurqulayır: "... Avrobasketin seçmə mərhələsinin rebaundlara görə ən yaxşı oyunçusu Orxan Hacıyevin məhsuldar oyun sərgiləməsinə baxmıyaraq "Aliağa Petkim" bu qarşılaşmada məğlub oldu. Bu nəticə Orxanın göstərdiyi oyununa uyğun deyil".
Komandalar arasında cavab qarşılaşma oktyabrın 2-də İzmirdə keçiriləcək.

