Batum uğuru

 01.10.2015 - 10:36    494
  • 01 Okt 2015
  • 10:36
  •  494

04.10.2012

2012-ci il sentyabr ayının 29-dan oktyabrın 2-nə kimi Acarıstanın paytaxtı Batum şəhərində Gürcüstanın məhşur basketbolçuları Valeriy Altabayev və Aleksandr Kiladzenin xatirəsinə həsr olunmuş ənənəvi turnir keçirildi.

Bu turnirdə Batum, Ankara və İrəvan komandaları ilə yanaşı əsası "Təhsil" RİOEUGİM-in 1997-1998-ci təvəllüdlü yeniyetmə oğlanlardan təşkil olunan Bakı yığması da iştirak etdi. "Texnika Bank"ın dəstəyi ilə Batuma yollanan Bakı yığması dairəvi sistemlə keçirilən turnirdə rəqiblərlə 3 dəfə qarşılaşdı. İlk qarşılaşmada yığmamız 81-62 hesabıyla Batum yığmasını məğlub etdil. Daha sonra yeniyetmələrimiz Ankaranın "Yücetepe" komandası ilə qarşılaşdılar. Bu qarşılaşmada Bakı komandası 96-32 hesabıyla Ankaralı həmkərlarını yendi.

Nəhayət gənc basketbolçularımız məğlubiyyətsiz çıxış edən İrəvanın "Arabkir" komandası ilə baş-başa gəldi. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Azərbaycan basketbolunun yetirmələri erməni rəqiblərini məğlub edərək (99-68) turnirin birinciliyini qazandılar.

Bundan əlavə Eldar Poladxanov 3 oyunda 74 xal yığaraq turnirin ən yaxşı oyunçusu adına layıq görüldü.

BEYNƏLXALQ YARIŞLAR