Beynəlxalq Turnirin nəticələri
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

2001-ci il martın 25-dən 27-nə kimi Bakı şəhərində Novruz Bayramına həsr edilmiş 1984-85 illər təvəllüdlü qızlar arasında basketbol üzrə beynəlxalq turniri keçirilmişdir. Turnirdə 4 komanda iştirak etmişdi.
Yarış beynəlxalq standartlara uyğun olan "Olimpiya" idman kompleksində keçirilmişdi. Turniri təcrübəli hakim heyəti idarə edirdi.
I yer - Bakı (Azərbaycan)
II yer - Volqoqrad (Rusiya)
III yer - Pyatiqorsk (Rusiya)
IV yer - Tbilisi (Gürcüstan)

