"Qala-Atena"nın İran uğuru

 02.10.2015 - 19:34    574
  • 02 Okt 2015
  • 19:34
  •  574

12.02.2013

Fevral ayın 6-dan 9-na kimi "Qala-Atena" basketbol klubu İranın Sarab şəhərində beynəlxalq turnirdə iştirak etdi.

Dairəvi sistemlə keçirilən turnirdə "Qala-Atena " ilk görüşündə Təbriz komandası ilə qarşılaşdı. Olduqça qərqin mübarizə şəraitində keçən görüşdə qalibin müəyyən olunması son saniyələrə təsadüf etdi. Belə ki, dördüncü hissənin qurtarmasına 2 saniyə qalmış hesab 71:71 idi. Amma, son anda Amil Həmzəyevin 3xallıq sərrast atışı təbrizliləri məyüs etdi. Sonrakı iki görüşdə Elxan Əliyevin yetirmələri çətinlik çəkmədən rəqiblərini məqlub etdilər ("Qala-Atena" BK - İran (U-18) 70:51, "Qala-Atena" - Sarab 74:58).

Ard arda üç qələbə qazanan "Qala-Atena" turnirin birincisi oldu. Komandamızın bu uğurunda kapitan Fuad Niftəliyevin, təcrübəli basketbolçular Amil Həmzəyevin və Zaur Quşanovun xüsusi payı var. Eyni zamanda "Qala-Atenanın gənc perspektivli basketbolçuları Kamran İmanovun, Emin Cəfərovun, Polad Həsənovun, Rasim Ağarzayevin, Rüstəm Əliyevin turnirdə yaxşı oyun sərgiləməsi xüsusi qeyd edilməlidir.

Son üç il ərzində ölkəmizin komandalarının qatıldığı bu ənənəvi turnirdə ilk dəfə olaraq Azərbaycan basketbolçuları qələbə kubokunu Bakıya qətirdi.

BEYNƏLXALQ YARIŞLAR