Yiğmamız turniri qələbə ilə başladi
18.03.2013
Martın 18-də Kırgızıstanın Bişkek şəhərində keçirilən XX Beynəlxalq "Novruz-2013" turnirində yığmamız ABŞ-nın "AİA" komandası ilə qarşılaşdı.
Gərgin mübarizə şəraitində keçən oyunda Elxan Əliyevin yetirmələri bir xal üstünlüyü ilə 95:94 (22:23; 23:18; 22:26; 28:27) amerikalıları məğlub etdi. Basketbolçularımız arasında Fuad Niftaliyev (28 xal) və Amil Həmzəyev (22 xal) məhsuldar oyunları ilə fərqləndilər.
Bundan əlavə yığmanın veteranları Anar Sarıyev və Zaur Quşanov sərrast üçxallıq atışları ilə yadda qaldılar.
"Novruz-2013" turnirinin oyun cədvəli (18 - 22 mart)
19 mart
14.00 Azərbaycan - Kazaxstan
16.00 Kırğızıstan - ABŞ
20 mart
14.00 Kazaxstan - ABŞ
16.00 Kırğızıstan - Аzərbaycan
21 mart
10.00 yarımfinal
12.00 yarımfinal
22 mart
13.00 final III yer uğrunda
15.00 final I yer uğrunda

