Bu dəfə qızıl gümüşlə əvəzləndi

25.03.2013
"Novruz-2013" turnirinin qrup mərhələsində məğlubiyyətsiz çıxış edən komandamız yarımfinalda Kırgızıstan milli yığmasında qalib gələrək 86-91 (19:28; 12:23; 28:25; 27:15) finalda Kazaxstanın "Kapşaqay" komandası ilə qarşılaşdı.
Təəssüf ki, bu həlledici görüşdə fortuna komandamızdan üz döndərdi. Nəzərə alsaq ki, qrup mərhələsində yığmamız "Kapşaqay"ı 95-88 (21:23; 23:23; 22:24; 29:18) uddu, finalda inamlı qələbəmizə heç kim şübhə etmirdi. Amma, final qabağı məşqdə mərkəz hücumçumuz Rüfət Mahmudzadə zədə alaraq sıradan çıxdı. Bunun nəticəsində rəqib səbətin altında oyunumuz alınmadı və yekunda komandamız 72-96 (23:27; 20:24; 14:21; 15:24) hesabı ilə "Kapşaqay" basketbol klubuna məğlub oldu.
Bundan əlavə milli yığmanın baş məşqçisi Elxan Əliyev İndoneziyada keçiriləcək III İslam Həmrəylik Oyunları öncəsi bu turnirdə əsasən perspektivli gənc basketbolçuları sınayırdı. Ona görə Bişkekdə qazanılan II yeri qənaətbəxş hesab etmək olar.
![]()
![]()

