Renat Urazayevin yeni zirvəsi

24.05.2013
Qardaş Türkiyədə universitet komandalarından təşkil olunan Uniliq birinciliyi başa çatdı.
Birinci yer uğrunda keçirilən final qarşılaşmada "Zirve" Universitetin komandası 89-76 hesabıyla "Turqut Özal" komandasına qalib gəldi. Sevindirici haldir ki, bu möhtəşəm qələbədə "Zirve" Universitetin komandasında uğurla çıxış edən, Azərbaycan milli yığmasının üzvü Renat Urazayevın da öz payı var.
Qələbə münasibətilə Renatı və "Zirvə" komandasının basketbolçularını ürəkdən təbrik edirik!

