Komandamızın ilk dəfə 3x3 Basketbol üzrə Beynəlxalq turnirdə iştirak edəcək

26.07.2013
Azərbaycanı təmsil edən kişilərdən ibarət 3x3 basketbol üzrə komanda 2013-cü il avqustun 4-də Ukraynanın Kiyev şəhərində 3x3 basketbol üzrə Kiev Challenger beynəlxalq turnirdə iştirak edəcək.
Göstərilən turnirdən əvvəl komandamız 2013-cü il avqustun 26-da Antalya şəhərinə gələrək, burada Türkiyə Basketbol Federasiyası tərəfindən təşkil edilmiş 3x3 basketbol üzrə turnirdə 27-28 iyul tarixlərində iştirak edəcək. 29 iyul 2013-cü il tarixində komandamız Antalya şəhərindən İstanbula gedərək, orada 30-31 iyul tarixlərində Türkiyənin 3x3 basketbol üzrə aparıcı komandaları ilə yoxlama oyunlarını keçirəcək. Daha sonra komandamız avqustun 1 və 2 İstanbulda məşqlərini davam etdirərək, avqustun 3-də Kiyev şəhərinə yola düşəcək.
Komandamız avqustun 4-də Kiyevdə turnirdə iştirak edərək, avqustun 5-də isə Bakıya dönəcək.
Komandamız səfərə aşağıdakı heyətlə yola düşmüşdür: məşqçi Elxan Əliyev, oyunçular Fuad Niftaliyev, Amil Həmzəyev, Davit Barbakadze, Rolandas Alijevas.

