Dünya turunun ilk mərhələsi

05.08.2013
Xəbər verdiyimiz kimi 3X3 "BAKI" komandası Dünya turunun seçmə mərhələsində iştirak etmək üçün avqustun 3-də Ukraynaya yola düşdü.
Avqustun 4-də "Kiyev Open Celenc"də basketbolçularımız Ukraynanın BK "Хаrtsizsk" komandasını 17-11 məğlub etdi. Daha sonra basketbolçularımız Ukraynanın "Rosici" komandasına 11-12 hesabıyla uduzdular. Buna baxmayaraq "BAKI" qrup mərhələsinin axırıncı qarşılaşmasında Macarıstanın "B33 PÉCS" komandasını 16-12 hesabıyla məğlubiyyətə uğratdı. Təəsüf ki, basketbolçularımız turnirin 1\4 mərhələsində Krasnodarın "Piramida" komandasına cəmi (11-15) 4 xal fərqilə uduzdular.
Bu minvalla "BAKI" komandası Praqaya vəsiqə qazana bilməyərək Dünya Turunda öz iştirakını dayandırdı.

