Zaur Paşayevin Gürcüstan çempionatında uğurlu startı
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

01.11.2013
Gürcüstanın "Kutaisi" komandasında çıxış edən milli yığmanın üzvü Zaur Paşayev çempionatın ilk iki oynunuda fərqləndi.
Belə ki, "Kutaisi" - "Suxumi" (81:57 /16-19, 9-19, 20-26, 12-17/) qarşılaşmasında həmyerlimiz 5 asist, 1 rebaundla 12 xal topladı. Rustavida keçirilən ikinci oyunda "Kutaisi" meydan sahiblərini 100:67 (24-5, 24-19, 31-21, 21-22) hesabıyla məğlub etdi.
Bu oyunda Zaur əzmkar oyun göstərərək 6 asist 8 rebaundla 13 xal topladı.

