Zaur Paşayev fərqləndi
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

24.01.2014
Gürcüstanın "Kutaisi" klubunda çıxış edən milli yığmanın üzvü Zaur Paşayev ölkə kubokunun 1/4 finalı qarşılaşmasında WSSU klubuna qarşı əzmkar oyun sərgilədi.
102-91 hesabı ilə "Kutaisi"nin xeyrinə bitən oyunda Zaur Paşayev 21 xal toplayaraq 8 asist və 5 rebaunt etdi.
Yarımfinalda "Kutaisi" komandası "Armiya" - "Rustavi" qarşılaşmasının qalibi ilə oynayacaq.

