Amil Həmzəyev fəqan etdi

19.03.2014
"Novruz-2014" beynəlxalq turniri çərçivəsində "Qala" BK martın 18-də Özbəkistan yığması ilə qarşılaşdı.
Gərgin mübarizə şəraitində keçən görüşdə "Qala" 91 : 71 hesabı ilə (28-13, 19-14, 19-18, 25-26) özbəkləri üstələdi. Elxan Əliyevin yetirmələri oyunun taleyini birinci hissədə həll etdilər. Amil Həmzəyev 29 xall toplayaraq qarşılaşmanı ən məhsuldar oyunçusu oldu.
Turnirin digər qarşılaşmasında "Bişkek-Dinamo" Qazaxstanın "OMİK" komandasını 70 : 60 (30-12, 10-20, 23-17, 8-11) hesabı ilə yendi. Bu gün isə "Qala" BK "Bişkek-Dinamo"sunu sınağa çəkəcək.

