"Qala"dan Novruz hədiyyəsi

23.03.2014
Xəbər verdiyimiz kimi "Qala" basketbol klubu Qırğızıstanın Bişkek şəhərində keçirilən "Novruz-2014" beynəlxalq turnirində iştirak edirdi.
İlkin mərhələdə "Qala" bütün rəqiblərini yenərək finalda Özbəkistan yığması ilə qarşılaşdı. Bu həlledici oyunda Elxan Əliyevin yetirmələri özbək həmkarlarına "master klas" göstərərək "Novruz -2014" Kubokunu qazandılar (98 : 67 /28-15, 27-13, 19-11, 24-28/). Bu minvalla Azərbaycan basketbolçuları Bişkekdə 4-cü dəfə "Novruz" Kubokunu əldə etdilər.
Amil Həmzəyev isə turnir boyu 100 xal toplayaraq yarışmanın ən məhsuldar oyunçusu adına layıq görüldü.

