Zaur Paşayev Gürcüstan kubokunu qazandı

01.04.2014
Xəbər verdiyimiz kimi Gürcüstanın "Kutaisi" klubunda uğurla oynayan milli yığmanın üzvü Zaur Paşayev bu yaxınlarda Gürcüstan Kubokunu qazandı.
Həlledici qarşılaşmada "Kutaisi" Suxuminin komandasını 81 : 66 hesabı ilə məğlub edərək Gürcüstan Kubokuna yiyələndi. Qeyd etmək istərdik ki, "Kutaisi"nin heyyətində milli yığmamızın digər üzvü Davit Barbakadze də gözəl oyun nümayış etdirərək "Kutaisi" komandasını yüksək qalibiyyət zirvəsinə qaldırdı.
Bu parlaq qələbə münasibəti ilə Zaur Paşayevi ürəkdən təbrik edirik!






