Avropa çempionatında yığmamızın rəqibləri bəlli oldu
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

07.08.2014
Xəbər verdiyimiz kimi sentyabr ayının 4-dən 7-nə kimi Rumıniyanın paytaxtı Buxarest şəhərində 3X3 Avropa Çempionatı keçiriləcək.
FİBA Avropa qitə birinciliyinin püşk atmasının nəticələri avqustun 6-da elan etdi. Ümumilikdə komandalar 4 qrupa bölüşdürüldü.
Yığmamız qrupda İtaliya, Sloveniya və ev sahibləri olan Rumniya millisi ilə yarışacaq.

