Zaur Paşayev yenə də fərqləndi
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

26.05.2014
Gürcüstan çempionatının final seriyasının üçüncü oyununda "Kutaisi" komandası Tiflis "Dinamo"sunu 89:84 hesabıyla məğlub etdi. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Zaur Paşayev 15 xal və 9 asistlə "Kutaisi"nin qələbəsinə öz tutarlı töhfəsini verdi.
Təəsüflər olsun ki, finalın dördünçü qarşılaşmasında "Kutaisi" 58:91 hesabıyla "Dinamo"ya uduzaraq çempionluq uğrunda mübarizəni dayandırdı.

