Superkubokun sahibi bəlli oldu

03.06.2014
Gürcüstan çempionatı başa çatdıqdan sonra Superkubok uğrunda ölkə çempionu "Dinamo" Tbilisi "Kutaisi" komandası ilə qarşılaşdı.
Gərgin mübarizə şəraitində keçən görüşdə Gürcüstan Kubokunun sahibi "Kutaisi" 80:74 hesabı ilə "Dinamo"nu məğlub etdi. Qeyd etmək istərdik ki, bu qarşılaşmada da milli yığmanın üzvü Zaur Paşayev 15 xal, 9 asist və 2 rebaundla komandasının qələbəsini təmin edən əsas oyunçulardan oldu.
Bu növbəti uğurla milli yığma üzvləri Zaur Paşayevi və David Barbakadzeni ürəkdən təbrik edirik!

