"Qala" Quşadasını fəth etdi

 04.10.2015 - 12:22    997
  • 04 Okt 2015
  • 12:22
  •  997

23.06.2014

Quşadasında keçirilən Adidas 3X3 Türkiyə Turunda "Qala" klubu uğurla çıxış etdi.

Belə ki, ilk mərhələdə Elxan Əliyevin yetirmələri "Provodteam" (21-8), "All Star" (15-7) "Ne Alakası Var" (16-8), "We own it (19-9) komandalarına qalib qəldilər. Çox gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında "İzmir Boğaları" məğlub edən Elxan Əliyevin yetirmələri turnirin çempionu oldu.

3X3 basketbol üzrə Avropa Çempionatının Amsterdamda keçiriləcək seçmə mərhələsinə hazırlaşan basketbolçularımız Türkıyədən sonra iyunun 28-də 3X3 Dünya Turunda iştirak etmək üçün Sankt Peterburq şəhərinə yollanacaqlar.

BEYNƏLXALQ YARIŞLAR