"Qala" finala çıxa bilmədi
30.06.2014
Xəbər verdiyimiz kimi "Qala" 3X3 basketbol üzrə Sank-Peterburqda keçirilən Dünya turunun seçmə mərhələsində iştirak etdi.
İlk görüşdə "Qala" Rusiyanın "Oqnezashita" komandasına 17-21 hesabıyla uduzdu. Daha sonra Elxan Əliyevin yetirmələri dalbadal üç qələbəyə imza ataraq yarımfinala çıxdı. Bu qələbələr arasında Rusiyanın "Piramida" komandasının 21-12 hesabıyla darmadağın edilməsi basketbolçularımız uçun prinsipial əhəmiyyət daşıyırdı. Çünki, keçən il Kiyevdə hakimlərin qeyri-obyektivliyi ucbatından komandamız pley-of mərhələsində "Piramidaya uduzdu.
Yarımfinalda "Qala" meydan sahibləri "İncotec" komandasıyla qarşılaşaraq cəmi 4 xal fərqi ilə 16-20 rəqibinə məğlub oldu.
Turnirin final mərhələsində Serbiyanın "Novi Sad" komandası "İncoteci" 21-9 hesabıyla yenərək birinci yeri tutdu.

