Qadın basketbolçularımızın uğurlu çıxışı

 04.10.2015 - 12:30    995
  • 04 Okt 2015
  • 12:30
  •  995

14.07.2014

İyul ayının 12-13-də Macarıstanın Zanka şəhərində 3X3 basketbol üzrə qadınlardan ibarət milli yığma komandamız 3X3 Avropa Çempionatının seçmə mərhələsində iştirak etdi.

Basketbolçularımız qrup mərhələsində 4 görüş keçirərək 3 qələbə (Rumıniya 15-10, Ukrayna 21-16, Macarıstan 17-12) və bir məğlubiyyətlə (Sloveniya 6-14) qrupda ikinci yerdə qərarlaşdılar.

1/4 finalda qızlarımız Rusiya millisinə 10-15 hesabıyla uduzaraq turnir cədvəlində 6 yeri tutdu. Nəzərə alsaq ki, 3X3 milli yığmamız bu cür yüksək səviyyəli beynəlxalq yarışlarda ilk dəfə iştirak edirdi göstərilən nəticəni qənaətbəxş saymaq olar.

Xəbər verdiyimiz kimi, qadınlardan ibarən milli yığma komandamız iyul ayının 14-dən 19-na kimi Avstriyanın Sent Polten şəhərində keçiriləcək kiçik ölkələrin arasında Avropa Çempionatına qatılıb. Tatyana Slojenitsinanın yetirmələri bu gun Bakı vaxtı ilə saat 19.00 Şotlandiya yığması ilə qarşılaşacaq.

2014.07.14  B/1 Azərbaycan - Şotlandiya

2014.07.15  B/4 Azərbaycan - Avstriya

2014.07.16  B/6 Azərbaycan - Uels

BEYNƏLXALQ YARIŞLAR