"Qala" Edremitdə birinci oldu

 04.10.2015 - 12:32    1045
  • 04 Okt 2015
  • 12:32
  •  1045

14.07.2014

3X3 basketbol üzrə milli yığmanın əsasını təşkil edən "Qala" klubu Türkiyənin Edremit şəhərində TBF 3X3 Türkiyə Turunun birincisi oldu.

Edremitdə qonaq qismində çıxış edən basketbolçularımız qrupda birinci yeri tutaraq 1/4 finalda "Team KD" komandasını 21-11 hesabıyla məğlub etdi. Daha sonra yarımfinalda basketbolçularımız "Ne alakası var" kamandasını 21-13 hesabıyla üstələyərək. finala vəsiqə qazandı. Finalda "Qala" Türkiyənin 3x3 basketbol üzrə milli yığmasının əsası təşkil edən "SPARTACUS" komandası ilə qarşılaşdı.

Gərgin mübarizə şəraitində keçən oyunda "Qala" güclu rəqibini yenərək (21-14) turnirin qalibi oldu.

BEYNƏLXALQ YARIŞLAR