Qitə birinciliyi başa çatdi
20.07.2014
Xəbər verdiyimiz kimi qadınlardan ibarət Azərbaycan milli yığması Avstriyanın Sent Polten şəhərində keçirilən kicik ölkələr arasında Avropa Çempionata qatılmışdı.
Təəsüf ki, yığma komandamız qrup mərhələsində Şotlandiya, Avstriya və Uels yığmalarına uduzdu.Son qarşılaşmada millimiz Gibraltarı məğlub edərək ümumi nəticədə altıncı yeri tutdu. Qadın basketbolçularımızın təcrübə azlığı yüksək nəticə göstərməyə imkan vermədi.
Buna baxmayaraq yığmamızın üzvü Dina Ulyanova toplanan xallar (22.0) və rebaundlar (12.3) üzrə Avropa Çempionatının ən yaxşısı oldu.


