Azərbaycan millisinin Amsterdam zirvəsi

21.07.2014
3X3 basketbol üzrə Avropa Çempionatının seçmə mərhələsi Amsterdamda keçirildi.
Fuad Niftəliyev, Davit Barbakadze, Amil Həmzəyev və Rolandas Aliyevasdan ibarət olan milli yığmamız uzaq Hollandiyada digər Avropa yığmalarına master klas göstərdi.
Belə ki, basketbolçularımız qrup mərhələsini iki qələbə (Rumıniya 16-14, Andora 21-8) və bir məğlubiyyətlə (Hollandiya 12-13) adlayaraq 1/4 finalda əzəli rəqibimiz olan İsveçi darmadağın etdi 21-8. Yarımfinalda Elxan Əliyevin yetirmələri Türkiyə yığmasını 20-11 hesabı ilə yenərək finalda yenə də Ruminiya yığması ilə qarşılaşdı. Bu dəfə basketbolçularımız rumınlara aman verməyərək 21-8 hesabı ilə onları məğlub etdi.
Seçmə mərhələni birinci yerdə başa çatdıran yığmamız Rumıniyada keçiriləcək qitə birinciliyinə vəsiqə qazıandı.

