3x3 Dünya turu başa çatdı
26.08.2014
Xəbər verdiyimiz kimi, 3X3 milli yığmanın əsası təşkil edən "Qala" klubu Kopenhagendə keçirilən 3X3 Dünya Turunda iştirak etdi. "Qala" qrup mərhələsində "Ulıbka" (Rusiya) 21-11, "Team İreland" 21-12 və "Magazin Streetball" (Rusiya) 14-13 komandalarını yenərək pley-off mərhələsinə çıxdı.
Pley-offda komandamız meydan sahibləri "Hoopz.dk"nı (Danimarka) cətin mübarizə şəraitində üstələyərək yarımfinala vəsiqə qazandı. Amma yarımfinalda "Qala" Serbiyanın "Ranch" konamdası ilə qarşılaşdı. Bərabər mübarizə şəraitində keçən qarşılaşma serblərin cüzi üstünlüyü ilə başa çatdı. Ümumi nəticədə "Qala" 3X3 Dünya Turunda 16 komanda arasında üçünçü yeri tutdu.
Xatırladaq ki, Sloveniyanın "Ljublijana"komandası finalda Serbiyanın "Ranch" kollektivini 19-17 hesabıyla məğlub edərək 3X3 Dünya Turunun Final mərhələsinə (Lozanna, İsveçrə) vəsiqə qazandı.






