Avropa çempionatı başa çatdı

 04.10.2015 - 12:49    955
  • 04 Okt 2015
  • 12:49
  •  955

08.09.2014

Xəbər verdiyimiz kimi Buxarestdə 3X3 Avropa Çempionatı keçirilirdi.

Təəsüf ki, komandamız bir sıra obyektiv və subyektiv səbəblərə görə çempionatının qrup mərhələsini adlaya bilmədi. Belə ki, qrup mərhələsinin ilk oyununda yığmamız 3X3 Dünya Çempionu titulunu daşıyan Sloveniya ilə qarşılaşdı. Çox gərgin mübarizə şəraitində keçən oyunda bizimkilər bir xal fərqi ilə(16-17) slovenlərə uduzdular. İkinci oyunda rəqibimiz olan meydan sahibləri Rumıniya komandası olduqca "çirkli" oyun nümayış etdirdi.

Digər tərəfdən oyunu idarə edən hakimlər rumınlar tərəfdən sərgilənən açıq-aşkar kobudluğun qarşısını almadılar. Nəticədə komandamız 8-15 hesabı ilə uduzduruldu. Qrup mərhələsinin üçüncü oyununda yığmamız İtaliya komandasını məğlub etdi (15-12). Əfsuslar olsun ki, bu təsəlli edici qələbə yığmamıza növbəti mərhələyə çıxmağa imkan vermədi.

Ümumi nəticəyə qəldikdə isə yığmamızın Avropa Çempionatında qeyri-qənaətbəxş oyun sərgiləməsində hakimlərin qərəzi ilə yanaşı amerikalı legionerimiz Nelson Spenserin 3X3 basketbol üzrə yetərincə təcrübə toplamaması öz mənfi rolunu oynadı.

BEYNƏLXALQ YARIŞLAR