Zaur Paşayevin bəxti gətirmədi
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

09.09.2014
Tayvanın Samasana adasında "Red Bull King of the Rock" dəstəyilə keçirilən təkbətək basketbol turnirində Azərbaycanı milli yığmanın üzvü Zaur Paşayev təmsil edirdi.
Təəsüflər olsun ki, Samasanada elə birinci qarşılaşmada Zaur 7-6 hesabıyla üstünlüyünə baxmayaraq beşinci cəriməni alaraq yarışdan kənarlaşdırıldı.
Onun rəqibi isə Türkiyə təmsilçisi Kivanc Dinlər Zaurdan sonra bütün mərhələləri keçərək turnirin qalibi oldu.

