Rəqiblərimiz bəlli oldu

05.05.2015
Bakıda keçiriləcək Avropa Oyunlarının 3x3 basketbol üzrə yarışan komandaların qrupları müəyyən edilib.
2015-ci il may ayının 4-də Bakı 2015 Avropa Oyunlarının 3x3 basketbol üzrə yarışlarda Azərbaycan komandalarının mübarizə aparacağı qruplar və rəqibləri bəlli olub.
Kişilərdən ibarət yığma komandamız D qrupunda Andorra, Çexiya və İsveçrə komandaları ilə, qadın komandamız isə A qrupunda Niderland, İsveçrə və Yunanıstan komandaları ilə mübarizə aparacaq.
Kişilər
| A qrupu | B qrupu | C qrupu | D qrupu |
| Sloveniya | Rusiya | Estoniya | Andorra |
| Rumıniya | İspaniya | Serbiya | Çexiya |
| Litva | Türkiyə | İtaliya | AZƏRBAYCAN |
| İsrail | Belçika | Yunanıstan | İsveçrə |
Qadınlar
| A qrupu | B qrupu | C qrupu | D qrupu |
| Niderland | Çexiya | İspaniya | Rumıniya |
| AZƏRBAYCAN | Belçika | Sloveniya | Rusiya |
| İsveçrə | Türkiyə | İrlandiya | İsrail |
| Yunanıstan | Ukrayna | Slovakiya | Litva |

