İki oyun, bir qələbə

 05.10.2015 - 22:40    1061
  • 05 Okt 2015
  • 22:40
  •  1061

18.03.2015

Qırğızıstanın Bişkek şəhərində "Novruz 2015" beynəlxalq turnirində iştirak edən Azərbaycan millisinin sınaq heyəti ilk oyunlarını keçirdi.

Belə ki, mart ayının 17-də Qırğızıstanın "Kapşaqay" komandası ilə qarşılaşan millimiz 69:80 (25-25, 15-13, 20-22, 20-9) hesabı ilə məğlub oldu. Bu qarşılaşmada Amil Həmzəyev 12 rebaund, 6 asist və 40 xal toplayaraq fərqləndi.

Martn 18-də keçirilən ikinci oyunda basketbolçularımız Daşkəndin "Universitet" BK komandası ilə gücünü sınadı. Bu dəfə Elxan Əliyevin yetirmələri ilk hissədən təşşəbüsü ələ alaraq rəqibə aman vermədilər.

Qarşılaşma millimizin inamlı qələbəsi ilə bitdi 82:50 (19-14, 18-19,22-10, 23-7).

Dairəvi üsülla keçirilən ənənəvi "Novruz 2015" turniri martın 25-də başa çatacaq.

19.03.2015

14.00 Azərbaycan - Özbəkistan

 

20.03.2015

12.00 Azərbaycan - "Kaspiy" BK

 

21.03.2015

14.00 "TULPAR"-SKİF - Azərbaycan

BEYNƏLXALQ YARIŞLAR