KASPİ-ya məğlubiyyət yığmamızı medallardan mərhum etdi

 05.10.2015 - 22:46    1129
  • 05 Okt 2015
  • 22:46
  •  1129

23.03.2015

Qırğızıstanın Bişkek şəhərində keçirilən "Novruz 2015" beynəlxalq turniri başa çatdı.

Özbəkistan üzərində inamlı qələbədən sonra martın 20-də milli yığmamız Aktaunun "Kaspiy" klubu ilə qarşılaşdı. Rəqib oyunun əvvəlindən təşəbbüsü ələ alaraq yığmamızı 99:74 (34-17, 25-21, 15-21, 25-15) hesabı ilə məğlub etdi. Martın 21-də isə basketbolçularımız meydan sahibləri "Tulpar" SKİF komandası ilə qarşılaşdı. Üçüncü yer uğrunda gedən oyunda ikinci hissədən sonra üstünlük komandamızın tərəfində idi.

Təəsüflər olsun ki, üçüncü və dördüncü hissələrdə biz təşəbbüsü əldən verərək yenə də məğlub olduq /73:81 (20-18, 22-18, 14-25, 17-20)/ . Nəticədə "Tulpar" SKİF komandası III yerə sahib oldu. Birinci yeri isə Aktaunun "Kaspiy" klubu tutdu.

Qeyd etmək lazımdır ki, milli yığmanın sınaq heyətinin kapitanı Fuad Niftəliyev turnir boyu zədəli olduğundan tam gücü ilə oynaya bilmədi. Bu amilin komandamızın yaxşı nəticə göstərməsinə müəyyən təsiri oldu.

BEYNƏLXALQ YARIŞLAR