Beynəlxalq turnirin hesabatı və geniş fotoreportajı

01.05.2015
25-26 aprel 2015-ci il tarixlərində Bakıda ilk dəfə olaraq kişilər arasında 3x3 basketbol üzrə beynəlxalq turnir keçirildi.
Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan "Baku Pre Euro Game2015" turniri Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı və "Samsung" şirkətinin dəstəyi ilə keçirilib. Yarışda iştirak edən 5 yerli (Qala, NTD, AZTOP, Ulduz, Aslanlar) və 5 xarici (Novi Sad, Buxarest, Tbilisi, Kiyev, Qədim Kiyev) komanda "Moscow Open 2015" turnirinə birbaşa vəsiqə alan qalibi müəyyən etməli idilər.
Beynəlxalq Basketbol Federasiyasının (FIBA) 3x3 Dünya Turunun qalibi olan Serbiyanın Novi Sad komandası Qədim Kiyev, Tbilisi, Ulduz və AZTOP komandalarını məğlub edərək, ‘A’ qrupunun birincisi olmuşdur.
"B" qrupunda dünya reytinginin beşinci pilləsində yer alan Angel Santananın başçılığı altında Buxarest komandası bütün rəqiblərini məğlub edərək, növbəti mərhələyə birinci yerdən adlamışdır.
A qrupu
| No | Komandalar | Novi Sad | Qədim Kiyev | Tbilisi | Ulduz | AZTOP | Oyun | Qələbə | Xallar |
| 1 | Novi Sad | - | 21-15 | 21-17 | 18-16 | 17-10 | 4 | 4 | 77 |
| 2 | Qədim Kiyev | 15-21 | - | 21-18 | 11-17 | 18-17 | 4 | 2 | 65 |
| 3 | Tbilisi | 17-21 | 18-21 | - | 9-7 | 16-15 | 4 | 2 | 60 |
| 4 | Ulduz | 16-18 | 17-11 | 7-9 | - | 14-8 | 4 | 2 | 54 |
| 5 | AZTOP | 10-17 | 17-18 | 15-16 | 8-14 | - | 4 | 0 | 50 |
B qrupu
| No | Komandalar | Buxarest | NTD | Qala Bakı | Kiyev | Aslanlar | Oyun | Qələbə | Xallar |
| 1 | Buxarest | - | 22-4 | 15-5 | 22-12 | 21-11 | 4 | 4 | 80 |
| 2 | NTD | 4-22 | - | 16-12 | 22-12 | 21-7 | 4 | 3 | 63 |
| 3 | Qala Bakı | 5-15 | 12-16 | - | 21-6 | 21-10 | 4 | 2 | 59 |
| 4 | Kiyev | 12-22 | 12-22 | 6-21 | - | 21-13 | 4 | 1 | 51 |
| 5 | Aslanlar | 11-21 | 7-21 | 10-21 | 13-21 | - | 4 | 0 | 41 |
Qruplarda ilk dörd yeri tutmuş komandalar dörddə bir final mərhələsinə vəsiqə qazandılar. Novi Sad, Buxarest, Qala və NTD komandaları rəqiblərini məğlub edərək, yarımfinala yüksəldilər:
Novi Sad - Kiyev (21:7)
NTD - Tbilisi (12:10)
Buxarest - Ulduz (21-11)
Qədim Kiyev - Qala Bakı (15:20)
Yarımfinalda Novi Sad NTD komandasını 21-12, Buxarest isə gərgin mübarizədə Qala komandasını 16-11 hesabı ilə məğlub etmişdir.
Bakı 2015 elçisi Amil Həmzəyevin başçılığı altında Qala komandası oyunun son dəqiqələrinədək ciddi müqavimət göstərməsinə baxmayaraq, tərkibində üç nəfər 3x3 Avropa çempionu (Anqel Santana, Boqdan Popesku və Adrian Stefan) olan təcrübəli Buxarest komandasının öhdəsindən gələ bilməmişdi.
Novi Sad - NTD (21:12)
Buxarest - Qala Bakı (16-11)
Gözlənildiyi kimi turnirin favoritləri hesab edilən Novi Sad və Buxarest komandaları həlledici oyunda üz-üzə gəldilər. Final oyunu azarkeşləri son saniyələrədək gərginlikdə saxladı. Novi Sad komandası gərgin mübarizədə Buxarest komandasını 21-18 hesabı ilə məğlub edərək, kuboku qazandı.
Turnir çərçivəsində Beynəlxalq Basketbol Federasiyası (FİBA), Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Basketbol Federasiyası (ABF) tərəfindən təşkil edilmiş 8 xarici və 4 yerli hakimin, habelə 15 nəfərlik yerli texniki heyətin iştirakı ilə 3X3 basketbol üzrə beynəlxalq seminar keçirilmişdir.
Seminarın nəticələrinə əsasən 2015-ci ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının 3X3 basketbol yarışlarını idarə edəcək hakim heyəti müəyyən olunacaq.

















