İspan səddi

 06.10.2015 - 09:56    1058
  • 06 Okt 2015
  • 09:56
  •  1058

25.06.2015

Xəbər verdiyimiz kimi, ilk Avropa Oyunlarında 3X3 basketbol yarışlarına iyunun 23-də start verildi. "D" qrupunda çıxış edən milli yığmamız qrup mərhələsini üç qələbə ilə başa vurdu.

Azərbaycan - Çexiya, 17:14

Azərbaycan - İsveçrə, 17:9

Azərbaycan - Andora, 20:14

Qadınlar qrup mərhələsinə məğlubiyyətlə başladılar (Azərbaycan - İsveçrə, 11:15)Amma sonra komandamız daha yaxşı oyun sərgiləyərək qalan iki rəqibi məğlub etdi.

Azərbaycan - Hollandiya, 14:10

Azərbaycan - Yunanıstan, 21:15

Bu minvalla milli komandalarımız 1/8 final mərhələsinə yüksəldilər. 1/8 finalın ilk qarşılaşmasında qadınlardan ibarət milli yığmamız təcrübəli Litva komandasını böyük üstünlüklə məyus etdi.

Azərbaycan - Litva, 17:10

Kişilər isə 1/8 finalda İsrail yığması ilə uz-üzə qəldi. Oyunun əvvəlində Amil Həmzəyev topu səbətə salandan sonra rəqiblə toqquşaraq ciddi zədə aldı. Komandamızın azlıqda qalmasına baxmayaraq İsraili 19:14 hesabıyla yendi.

1/4 finalda hər iki komandamız İspaniya millisi ilə qarşılaşdı. İlk öncə mübarizəyə qadınlar qatıldılar. Xala-xal gedən gərgin qarşılaşmada qadın yığmamız Renara Tifaninin son saniyədə atdığı iki xallıq atışından sonra hesabı bərabərləşdi 19:19. Amma ispanların etirazından sonra hakim heyəti qərəzli mövqə tutaraq Azərbaycan yığmasının xalını hesaba almayaraq bizi yarımfinal mərhələsindən kənarlaşdırdı.

İkinci 1/4 final qarşılaşmasında azlıqda qalan kişilərdən ibarət milli yığmamız böyük əzmkarlıq göstərdi.Buna bxmayaraq əvəzedicisiz oynayan komandamız qarşılaşmanın sonunda təşəbbüsü əldən verərək ispanlara məğlub oldu (14-17). Beləliklə hər iki komandamız obyektiv və subyektiv səbəblər ucbatından Avropa Oyunlarınin mukafatları uğrunda mübarizələrini dayandırdı.

BEYNƏLXALQ YARIŞLAR