Çempionluğa layıq ikinci yer

21.07.2015
Xəbər verdiyimiz kimi Gibraltarda keçirilən Avropa Çempionatının "C" divizionunda Azərbaycanın gənclərdən ibarət U18 milli yığması da iştirak edirdi.
Bütün oyunları qalibiyyətlə başa vuran komandamız (Andorra 55:61, Uels 74:87, Uels 61:72) turnirin final mərhələsinə yüksəldi. Təəsüflər olsun ki, finalda gənc basketbolçularımız startda məğlub etdikləri Andorra millisinə uduzdu ( 80:66 ).
Avropa Çempionatının gümüş medallarına sahib olan millimizin üzvü Endər Poladxanlı turnirin MVP oyunçusu adına layıq görüldü.Ömər Əhmədzadə isə Avropa Çempionatının simvolik beşliyinə seçildi.
Bu uğur münasibəti ilə başda nümayəndə heyətinin rəhbəri Bəhrəm Abdinov, baş məşqçi Tahir Baxşıyev olmaqla komandamızın bütün üzvlərini ürəkdən təbrik edirik!

