İnamlı qələbə

 08.08.2015 - 00:22    500
  • 08 Avq 2015
  • 00:22
  •  500

13.08.2011

Avqust ayının 12-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Avropa Çempionatı "B" divizionun seçmə oyunlarının çərçivəsində II dövrənin ilk oyununda milli yığmamız Albaniya komandasını qəbul etdi.

Oyun Azərbaycan yığmasının açıq-aşkar üstünlüyü ilə keçdi. Qarşı tərəf nə qədər səy göstərsə də təşəbbüsü ələ ala bilmədi. Azərbaycan yığmasında amerikalı Nelson Spenser (23 xal), Zaur Paşayev (20 xal), Fuad Niftaliyev (15 xal), Rasim Başak (13 xal) və Amil Həmzəyev (10 xal) məhsuldar oyun nümayiş etdirdilər. Ümumi qələbədə mərkəz hücumçu Aleksandr Rındinın (12 xal) əməyini xüsusi qeyd etmək lazımdır. Ümid edirik ki, dövrənin qalan 3 (üç) oyununda Aleksandr Rındin daha da faydalı oynayacaq. Üçüncü hissədən sonra komandamız 81:57 hesabi ilə irəlidə idi. Bu üstünlükdən istifadə edən Elxan Əliyev 4-cü hissədə ehtiyatda olan oyunçuları sınağa çəkdi.

Bundan istifadə edən gonaglar hesab arasında fərqi 13 xala qədər endirdilər. Amma yığmamızın inamlı oyunu bu garşılaşmanı şəksiz qələbə ilə başa catdırmağa imkan verdi. Qarşıda oyunçularımızı avqust ayın 18-də Minsk şəhərində Belarus yığması ilə çox ciddi sınağ gözləyir.

IMG_7210

IMG_7129_1

IMG_7185

BEYNƏLXALQ YARIŞLAR