Milli yığma komandamız Türkiyəyə təlim-məşq toplanışa yollanır YENİLƏNİB

 07.08.2015 - 23:57    613
  • 07 Avq 2015
  • 23:57
  •  613

26.04.2011

Milli yığmamız aprelin 27-ən mayın 9-na kimi Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq.

Avropa çempionatının seçmə oyunlarına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında yığmamız Türkiyədə bir neçə yoldaşlıq ğörüşü keçirilməsinidə planlaşdırır.

Mayın 2-də milli yığması Aydın Universitetin komandası ilə ilk yoldaşlıq görüşü keçirildi. Yığmamız 81 - 70 hesabı ilə qələbə gazandı. Həmin oyunda Zaur Paşayev 22 xal topladı.

Mayın 3-də milli yığması dubl "Efes-Pilsen"-"Perteniyal" komandası ilə garşılaşdı. Gərgin mübarizə şəraitində keçən oyunda yığmamız 76:75 hesabi ilə uddu. Fuad Niftaliyev 18 xal gazandı.

Mayın 4-də Azərbaycan milli yığması "Halic Universitetin" komandası ilə garşılaşdı. Yığmamız bu dəfə də yaxşı oyun sərgiləyərək 68:66 hesabi ilə üçüncü yoldaşlıq görüşdə qələbə gazandı. Həmin oyunda Tahir Baxşıyev 21 və Amil Həmzəyev 16 xalla fərgləndilər.

Mayın 6-da Azərbaycan milli yığması "Bahçəşəhər Universitetin" komandası ilə yoldaşlıq görüşü keçirdti. Yığmamız bu görüşü 76:60 hesabi ilə uddu. Həmin oyunda Tahir Baxşıyev 26 xal topladı.

Mayın 8-də Azərbaycan milli yığması "Halic Universitetin" komandası ilə növbəti yoldaşlıq görüşü keçirdti. Görüş bu dəfə 79:79 hesabi ilə başa çatdı. Həmin oyunda Tahir Baxşıyev 30xal topladı.

BEYNƏLXALQ YARIŞLAR