Ciddi sınaqdan üzü ağ çıxdıq

Xəbər verdiyimiz kimi fevral ayının 19-da Samit Nuruzadənin yetirmələri Qazaxstanın "Atırau" komandası ilə güclərini sınadılar.
Etiraf etməliyik ki, cəmi 3 ay birgə məşq edən U16 yığma komandamız 6-7 illik təcrübəyə malik qazaxstanlılara "qan uddurdu".
Xala-xal gedən oyunda üçüncü hissədən sonra 8 xal (55:63) geridə qalmağımıza baxmıyaraq basketbolçularımız 4-cü hissədə əzmkar oyun nümayış etdirərək irəli cıxdılar. Oyunun bitməsinə bir dəqiqə qalmış millimiz 4 xal irəllidə idi.
Əfsuslar olsun ki, "Atırau"nun qötürdüyü taymautdan sonra qazaxlar üçxallıq atışlar hesabına 2 xal irəli çıxdılar. Nə yazığ ki, son saniyədə komandamızın 2 xallıq atışı sirena veriləndən sonra gercəkləşdi. Nəticədə millimiz 77:79 (19-22, 18-18, 18-23, 22-16) hesabı ilə məğlub oldu.
Amma bu gələbəyə bərabər bir məğlubiyyət idi.

