"Novruz-2016"nın ilk günü
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

Xəbər verdiyimiz kimi mart ayının 17-də Bişkekdə "Novruz-2016" turnirinin iki qarşılaşması keçirildi.
Əsası gənc basketbolçulardan təşkil olunan Azərbaycan yığması Qazaxstanın daha təcrübəli "Aktau" komandasına 51:100 (14-33, 18-28, 8-17, 11-22) hesabı ilə məğlub oldu.
Yerli komandaların görüşü isə "Politexnik" İK - "Bars" BK üzərində inamlı qələbəsi ilə nəticələndi (89:48 /29-10, 24-16, 24-8, 11-14/).

