"Novruz-2016"-da 3-cü yer
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

Azərbaycan yığması "Novruz-2016" turnirini 3-cü yerdə başa vurdu.
Belə ki, yarımfinala kimi adlayan basketbolçularımız bu mərhələdə "Politexnik" komandasına məğlub oldular 68:100 (11-40, 17-23, 20-20, 14-23).
3-cü yer uğrunda görüşdə isə komandamız yerli "Bars"ı bir daha yenərək (81:77) bu yarışın bürünc medallarını qazandı.
Finalda Qazaxstanın "Aktau" komandası Bişkekin "Politexnik"ini məğlub edərək (94:61) 23-cü dəfə keçirilən turnirin qalibi oldu.

