Albaniya zəfəri

Milli yığma komandamızın heyəti:
Nümayəndə - Faqan Səfərov
Baş məşqçi - Rimas Kurtinaytis
Məşqçi - Elxan Əliyev
Hakim - Əlikram Rzayev
- Anton Belousov, "AzTOP" BK
- Tahir Baxşiyev, "Qala" BK
- Zaur Paşayev, "Qala" BK
- Anar Sarıyev, "Qala" BK
- Fuad Niftəliyev, Qala" BK
- Aleksandr Rındin, "Qala" BK
- Mehran Həmidzadə, Qerb Universiteti
- Davit Barbakadze, "Qala" BK
- Amil Həmzəyev, "Azeri" BK
- Aleksey Kitayev, "Qala" BK
- Emil Mirzoyev, "Azeri" BK
- Anar Hacıyev, "Azeri" BK
"A" qpupu: Andora, Moldova, Cəbəlüttariq, Malta
"B" qrupu: Azərbaycan, Albaniya, San Marino, Uels
2006-ci il mayın 28-dən iyunun 3-nə kimi Albaniyada Tirana şəhərində "İnkişaf Kubokunun oyunları keçirildi. İlk görüşdə yığmamız Uels komandasını 82:62 (22:11, 17:16, 22:11, 21:24) hesabıyla məğlub etdi. Anar Sarıyev komandaya 22 xal gətirdi.
İkinci görüşdə Rimas Kurtinaytisin yetirmələri zəif olmayan San Marino komandasını 86:74 bir hesab (32:15, 17:27, 17:18, 20:14) ilə məğlub etdi. Komandamızın ən məhsuldar oyunçu 21 xal toplayan kapitan Tahir Baxşiyev oldu, həmçinin yüksək məhsuldarlıqla 19 xal və 3 blok şotla mərkəzdə oynayan Rındin Aleksandr da fərqləndi.
Sonra həmyerlilərimiz meydan sahiblərinə 59:87 (12-19, 14-22, 12-29, 21-17) hesabı ilə uduzdu. Albaniyayla oyunda 10 rebounds və 21 xal toplamış playmaker Fuad Niftəliyev ən çox xal qazandı. Aleksandr Rındinin hesabına isə 12 rebound yazıldı. Kapitan Tahir Baxşiyev və Davit Barbakadze hər biri komandaya 12 xal gətirdilər. "İnkişaf Kuboku"nda ən məhsuldar oyunçular sırasında 9 yerdə (46 xal) Fuad Niftəliyev və 10-cu sırada (44 xal) komandanın kapitanı Tahir Baxşıyev məskunlaşdılar. Nəticədə Rimas Kurtinaytisin yetirmələri "B" qrupunda ikinçi yeri tutaraq yarımfinalda "A" qrupunun qalibi Moldova komandası ilə garşılaşdılar.
Bu görüşdə Azərbaycan komandası 81:70 (26-9, 18-18, 19-17, 18-26) hesab ilə qələbə gazanaraq finalda yenidən albanlarla görüşməli oldu.
Finalda Alban komandası ilə oyun kifayət qədər gərgin keçdi və yekunda 66:57 (13-12, 15-9, 16-15, 22-21) hesab ilə milli komandamız axrınci dəfə keçirilən "İnkişaf Kubokunun" qalibi oldu. Final oyunda Aleksandr Rındin 14 rebounds, 5 blok şot və 21 xal toplayaraq ən yaxşı göstəriciyə nail oldu. Həmçinin bu oyunda Zaur Paşayev 11 rebounds, 5 asist , 15 xal; Davit Barbakadze 15 xal və Tahir Baxşiyev 10 xalla fərqləndilər.
Fuad Niftəliyev Tirana şəhərində keçirilən "İnkişaf Kubokunun" ən səmərəli oyunçusu seçilərək mükafatların verilməsi mərasimində turnirin təşkilatçılarından fərdi mükafat aldı.
Daha ətraflı bu linkdə




