Orxan Aydin mükafatçılar sırasında
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

Kişilər arasında Türkiyə Çempionatının birinci liqasının 34-cü turun oyunları keçirildi.
Bu yarışın son turunda "Acıbadem Universiteti" komandası rəqib meydançada "Best Balikesiri" 104:82 hesabı ilə yenərək birinci liqanın gümüş medallarını qazandı.
"Acıbadem Universitet"inin şərəfini qoruyan milli yığmamızın üzvü Orxan Aydın bu qarşılaşmada 21 xal toplayaraq komandasının qələbəsini təmin edən əsas oyunçulardan biri oldu.

