Əlamətdar hadisə

Mayın 26-da Gürcüstan Çempionatının final mərhələsinə yekun vuruldu. Gərgin mübarizədə keçmiş pley-off seriyasının həlledici oyununda “Kutaisi” komandası Tbilisinin “Dinamo” komandasını 76:71 hesabı ilə məğlub edərək, ilk dəfə Gürcüstan Çempionu titulunu qazandı.
Sevindirici haldır ki, “Kutaisi” komandasının tərkibində milli yığmamızın üzvü Zaur Paşayev qazanılan uğura öz layiqli töhvəsini verdi. Belə ki, xala-xal gedən son qarşılaşmada Zaur Paşayev məhsuldar oyun nümayış etdirərək 18 xal topladı. Qeyd etmək lazımdır ki, yığmamızın digər üzvü Davit Barbakadze də Gürcüstan Çempionu adına layiq görüldü.
Azərbaycan Basketbol Federasiyası bu parlaq qələbə münasibəti ilə Zaur Paşayevi və Davit Barbakadzeni təbrik edir və onlara gələcəkdə daha yüksək zirvələrin fəth etməsini arzulayır.




