İkinci mərhələ arxada qaldı
Xəbər verdiyimiz kimi U16 yığma komandamız "Xəzər Basketbol Liqa"sının ikinci turunun yarışlarına qatılmışdı.
Qazaxstanın Atırau şəhərində keçirilən Liqanın ikinci turu çərçivəsində komandamız 3 rəsmi görüş keçirdi.
Azərbaycan - "Fortuna" (Rusiya), 49:76
Azərbaycan - Türkmənistan, 50:44
Azərbaycan - Atırau 2000, 59:70
Bundan əlavə Samit Nuruzadənin yetirmələri Qazaxstanın U18 yığması ilə və Atırau 2001 komandası ilə iki yoldaşlıq görüşü keçirdi.
Komandamız bu turda 3-cü yeri tutsa da nəticə etibarı ilə "Xəzər Liqa"sında 2-ci yerdə qərarlaşıb.

