Yığmamızın Şotlandiya zəfəri

28.06.2013
2008-ci ilin iyun ayının 17-22 kimi Şotlandiyanın Edinburq şəhərində kişi basketbolçular arasında ilk dəfə keçirilən Avropa çempionatının "C" divizionunun oyunlarına yekun vurulmuşdu.
Bu yarışa qatılan Azərbaycan milli komandası birinciliyinin qızıl medallarını qazanıb. Yarımfinalda Şotlandiyanı 91:80 (24-24, 27-18, 24-18, 16-20) hesabı ilə məğlub edən komandamız həlledici matçda möcüzəyə imza atıb. Belə ki, yığmamız Moldova ilə final görüşündə 10 xal fərqi ilə geri düşsə də, son saniyələrdə 80:78 (17-24, 20-23, 25-22, 18-9) hesabı ilə qələbəni rəsmiləşdirib. Bu görüşdə komandamızın kapitanı Tahir Baxşıyev 25 xalla ən məhsuldar basketbolçu olub. Qitə birinciliyinin bürünc medalını Andorranı 90:76 () hesabı ilə məğlub edən Şotlandiya qazanıb.
Qeyd edək ki, litvalı olimpiya çempionu Rimas Kurtinaytisin dövründə milli komandamız Avropa İnkişaf Kubok adlanan analoji yarışda 2004–cü ildə IV, 2006–cı ildə I yeri tutmuşdur.
Milli yığma komandamızın heyəti
Baş məşqçi Elxan Əliyev
Məşqçi Oqtay Ağayev
- Emil Mirzoyev
- Anar Hacıyev
- Fərid Əmirov
- Anar Sarıyev
- Fuad Niftəliyev
- Rufat Mahmudzadə
- Davit Barbakadze
- Elçin Rzaquliyev
- Aleksandr Slojenitsin
- Aleksey Kitayev
- Amil Həmzəyev
- Tahir Baxşıyev
Daha ətraflı bu linkdə


